Professor Nizaməddin Şəmsizadənin son vəziyyəti açıqlanıb
1134
Professor Nizaməddin Şəmsizadənin son vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, yanvarın 23-ü saat 01:20-də Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü pasiyentin (kişi cinsli) vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, bir müddət əvvəl səhhəti pisləşən Nizaməddin Şəmsizadə "Baku Medical Plaza"ya yerləşdirilib. Həkimlər ona sepsis diaqnozu qoyublar.
Hazırda o, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub.