\
30 Yanvar 2025 - Cümə axşamı

Elçilikdə "yox" cavabı alan oğlan qızı və anasını maşınla vurub

Elçilikdə "yox" cavabı alan oğlan qızı və anasını maşınla vurub
1155baxış

Xaçmazda elçilikdə “hə” cavabı almayan oğlan ana və qızını avtomobillə vurub.

Mediapress.az Baku.TV-yə istinadən xəbər verir ki, hadisənin təfərrüatı məlum olub.

İnsident rayonun Qusarçay kəndində baş verib. Ailə başçısı Bəhərçin Kərimovun sözlərinə görə, 19 yaşlı qızına elçiliyə gələn şəxs bundan əvvəl 3 dəfə qız qaçırıb:

“Bir-iki dəfə qızı istədiklərini bildirmişdilər. Dedim ki, mənim sizə verməyə qızım yoxdur. İşdən gələndə qarşısına çıxıb, qızımı da, həyat yoldaşımı da vurub. Deyib ki, mən lotuyam. Dördüncü dəfədir, belə bir hadisə baş verir. Qızımdan əvvəl üçünü qaçırıb”.

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstələrə zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda faktla bağlı araşdırma aparılır.