\
30 Yanvar 2025 - Cümə axşamı

TİKA Azərbaycanda oftalmoloqlar üçün təlim proqramına start verib - Fotolar

TİKA Azərbaycanda oftalmoloqlar üçün təlim proqramına start verib - Fotolar
1115baxış

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə Azərbaycanın Bakı, Şamaxı və Gəncə şəhərlərində çalışan oftalmoloqlar üçün “Göz Travması İdarəetmə Təhsili” proqramı reallaşdırır.


Mediapress.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində yanvarın 27-28-də Bakı Neftçilər Xəstəxanasında təlim proqramı ilə əlaqədar tədbir  keçirilib. Tədbirdə professor Məhəmməd Batur, Van Yüzüncü il Universiteti Tibb fakültəsinin müəllimi  Van Təhsil və Araşdırma Xəstəxanasının həkimlərindən Veysi Yıldız, göz həkimi Rümeysa Bilmez Tan iştirak ediblər.


Mərasimdə Bakıda keçirilən təlim proqramında iştirak edən və göz travmasının təsnifatı və terminologiyası, göz travmasının qiymətləndirilməsi, tikiş və tikiş materialları, göz travması, buynuz qişa və ətrafların zədələnməsi olan xəstələrə yanaşma üzrə təlim modulunu başa vuran 25 azərbaycanlı oftalmoloqa sertifikatlar təqdim olunub.

Xatırladaq ki, bundan əvvəl  Bakıda keçirilən təlim proqramının açılış mərasimi təşkil edilib və TİKA-nın Bakı Proqramı Koordinatoru Hayrettin Özçelik, TƏBİB-in sədr müavini Araz Nəsirov, xəstəxana rəhbərləri və həkimlər tədbirdə iştirak ediblər.
Açılış mərasimində  çıxış edən TƏBİB-inbicraçı dorektorunun müavini  Araz Nəsirov özünün də Trakya Universitetinin məzunu olduğunu bildirərək, “Türkiyə yüzlərlə həkim yetişdirdi və onların Azərbaycana xidmət etməsinə şərait yaratdı. Buradakı həkimlərimizə görə Türkiyəyə təşəkkür edirik”, -deyə vurğulayıb.
TİKA Bakı Proqram Koordinatoru Hayrettin isə bildirib ki, TİKA-nın Azərbaycanda fəaliyyətə başladığı gündən indiyədək həyata keçirdiyi 1500-dən çox layihənin 20 faizi səhiyyə üzrə reallaşdırılan layihələridir. Özçelik qeyd edib ki, bundan sonra dost və qardaş ölkə Azərbaycanın səhiyyə işçilərinin bilik və təcrübəsinin artırılması üçün təlim layihələrini davam etdirəcəklər.


Qeyd edək ki, Bakıdan sonra təlim proqramı Azərbaycanın Şamaxı və Gəncə şəhərlərində davam etdiriləcək. Proqram ərzində ümumilikdə 60 azərbaycanlı həkim təlim keçəcək.