\
6 Fevral 2025 - Cümə axşamı

Suriyanın birinci xanımı ilk dəfə görüntüləndi - Video

Suriyanın birinci xanımı ilk dəfə görüntüləndi - Video
1132baxış

Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaara (Culani) ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Culani səfər çərçivəsində Məkkədə Ümrə ziyarətində iştirak edib.

Onu bu səfərdə həyat yoldaşı Latifa əl-Şaara da müşayiət edib. Bununla da, Suriyanın birinci xanımı ilk dəfə görüntülənib. 

Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Onu da xatırladaq ki, Əhməd əl-Şaara bu gün Türkiyəyə rəsmi səfər edəcək.