DokuBaku festivalı “DokuTur” proqramını elan edir

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilatçılığı, AR Mədəniyyət Nazirliyinin dəstəyilə DokuToor proqramını elan edir!
Mediapress.az-ın məlumatına görə, proqramda festivalın son buraxılışında mükafat qazanan yerli və beynəlxalq qısa və tammetrajlı filmlər azərbaycan və ingilis subtitrləri ilə nümayiş etdiriləcək.
Nümayişlər 15 fevral tarixində, saat 16:00-da “Nizami” Kino Mərkəzinin 3-cü zalında keçiriləcək.
DokuToor proqramında nümayiş olunacaq filmlər:
Aylin Gökmen – “Elə o vaxtdan mən uçuram” | 18:30 | İsveçrə | iCosmos mükafatı
Babək Abbaszadə – “Tanrının xilas əli” | 40:39 | Azərbaycan | iCosmos Xüsusi mükafatı
Vasili Ovçinnikov – “4:30” | 15:00 | Rusiya Federasiyası | iCosmos Xüsusi mükafatı
Nümayişdən sonra kinotənqidçi Aygün Aslanlının moderatorluğu və “Tanrının xilas əli” filminin rejissoru Babək Abbaszadənin iştirakilə müzakirələr aparılacaq.