\
20 Fevral 2025 - Cümə axşamı

Gəncədə yol çökdü, “Ford” xəndəyə düşdü - Video

Gəncədə yol çökdü, “Ford” xəndəyə düşdü - Video
1436baxış

Gəncə şəhərində su borusunun partlaması nəticəsində yol çöküb və avtomobil xəndəyə düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Cavad Rəfibəyli küçəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük avtomobili yolun çökməsi səbəbindən yaranan xəndəyə düşüb.

Məlumat üçün bildirək ki, bir müddət öncə sözügedən ərazidə su və kanalizasiya xətti çəkilib. İşlər müəyyən fasilədən sonra yenidən davam etdirilib. Sıradan çıxan borular fərdi evlərə çəkilən xətlərdir.

Yunis Quliyev