\
18 Mart 2025 - Çərşənbə axşamı

Velosipedçi Xuan David həlak oldu

Velosipedçi Xuan David həlak oldu
1772baxış

Kolumbiyalı velosipedçi Xuan David Kardenas vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə  Portuqaliyanın “Portos Windmob” komandası sosial şəbəkədə məlumat yayıb. 

O, məşq zamanı avtomobil qəzasına düşüb. 

Gənc velosipedçi aldığı xəsarətlərdən dünyasını dəyişib.

“Marca” nəşrinin məlumatına görə, faciə Kolumbiyada, Boyaka departamentində baş verib.

Xatırladaq ki, bu, son üç həftədə ikinci gənc velosipedçinin ölümüdür. Yanvarın 24-də 19 yaşlı italyan Sara Piffer məşq zamanı maşınla toqquşaraq dünyasını dəyişmişdi.