Somali prezidenti Bakıda nikah mərasimində - Foto

1373baxış
Bir neçə gündür ölkəmizdə səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud Bakıda nikah mərasiminə də qatılıb.
“Qafqazinfo” xəbər verir ki, o, ötən gün “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bu zaman Hasan Şeyx Mahmud mərkəzdə azərbaycanlı cütlüyün nikah mərasimində iştirak edib.
Qeyd edək ki, Somali prezidentinin Azərbaycana səfəri bu gün başa çatıb.
