\
11 Mart 2025 - Çərşənbə axşamı

Türkiyə hələ BRİCS-ə üzv olmaq üçün dəvət almayıb - Fidan

Türkiyə hələ BRİCS-ə üzv olmaq üçün dəvət almayıb - Fidan
1059baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin hələ də BRİCS-ə tamhüquqlu üzv kimi qoşulmaq təklifi almadığını, lakin onun birliyə marağının yüksək olaraq qaldığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fidan Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

“Bizim anladığımız qədər BRİCS-də daxili institusional proseslər gedir və yeni üzvlərin qəbulu məsələsi hələlik dayandırılıb. Biz hələ də assosiasiyaya üzv olmaq üçün dəvət almamışıq. Eyni zamanda, prezidentimizin beynəlxalq təşkilatlar və assosiasiyalarla əlaqələrə geniş baxışı var. BRİCS bu sferanın bir hissəsidir və BRİCS-in beynəlxalq əlaqələrinə marağımız yüksəkdir”, – Hakan Fidan qeyd edib.

Mediapress.az