\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Dəhşətli qəzada ölən şəxsə 5000 manat, xəsarət alan şəxslərə isə… - Ekspertdən açıqlama

Dəhşətli qəzada ölən şəxsə 5000 manat, xəsarət alan şəxslərə isə… - Ekspertdən açıqlama
1610baxış


“Yol-nəqliyyat hadisəsi nəticəsində ölən və müxtəlif dərəcəli xəsarət alan şəxslərə sığorta ödənişi verilməlidir”

 Mediapress.az xəbər verir ki, bunu bizimyol.info-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, hansı sürücü bu hadisədə günahkardısa, onun məsuliyyətini sığortalamış sığorta şirkəti tərəfindən zərərçəkmişlərə sığorta ödəniş verilməlidir: “Sürücü ilə icbari sığorta müqaviləsini bağlamış sığorta şirkəti, dünyasını dəyişən şəxsə birdəfəlik 5000 manat sığorta ödənişi ödəməlidi, sağlamlıqlarına zərər vurulan şəxslərə isə zərərin dərəcəsinə görə ödəniş edilməlidir. Yüngül xəsarətdirsə, 700 manatdan başalayaraq ödəniş edilir. Hadisə nəticəsində xəsarət alaraq birinci və ikicinci qrup əlil olan şəxslərə isə 3500 manata qədər ödəniş edilir.

Ə.Hüseynov bildirib ki, öncə yol-nəqliyyat hadisəsinə düzgün qiymət verilməlidir: “Sərnişin ölübsə, bu hadisə cinayət xarakterli yol-nəqliyyat hadisəsidir. İstintaq təqsirkarın kim olduğunu araşdıracaq”.

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb.