\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Laçın rayon İH qarşısında Azərbaycan bayrağı... - Milli atributa qarşı hörmətsizlik! EKSKLÜZİV - FOTOLAR

Laçın rayon İH qarşısında Azərbaycan bayrağı... - Milli atributa qarşı hörmətsizlik! EKSKLÜZİV - FOTOLAR
1788baxış

Dünən musavat.com saytının müxbiri Qazax rayonunda ikən üçrəngli bayrağımızın cırılmış şəklini çəkib. Daha sonra sözügedən saytda bu barədə material hazırlandı. Hadisədən şox keşməmiş bayraq dəyişdirildi, yenisi ilə əvəzləndi. Əlbəttə, jurnalistin canfəşanlığından sonra Qazax rayon icra hakimiyyəti cırıq bayrağın fərqinə varmış oldu. Buna gpörə həmkarlarımıza alqış düşür. 

Burdan belə bir nəticəyə gəlmək olur: rayon icra başçıları Azərbaycan bayrağını – dövlətimizin simvollarından birini qoruyub saxlamağa gücləri yetmədiyi halda, rəhbərlik etdikləri torpağın sakinlərini necə qoruya bilərlər axı?! Bu, artıq cəmiyyətdə şübhə doğurmağa başlayıb. Daha doğrusu, Laçın rayon icra hakimiyyətinin qarşısında asılmış bayrağımızın da bu vəziyyətə gətirilib çıxarılmasından sonra, yerli sakinlərin icra başçılarına olan etibarı, inamı yavaş-yavaş sıfıra enməkdə davam edir.

Xatırladaq ki, hazırda erməni işğalında olan Laçının icra başçısı Aqil Nəzərlidir. Dövlət atributumuz olan Azərbaycan bayrağının qayğısına bu cür "qalan" Aqil Nəzərli...

P.S. Görəsən, Laçın işğaldan azad olsa, bayrağımız orda damı bu cür “dalğalanacaq”?!

Hazırladı: Könül AYPARA