\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Alt geyimində intihar edən qadının kimliyi məlum oldu - YENİ YASAMALDA - VİDEO

Alt geyimində intihar edən qadının kimliyi məlum oldu - YENİ YASAMALDA - VİDEO
1463baxış
Bu gün Bakı şəhərinin Yasamal rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızın şəxsiyyəti müəyyənləşib.
 
Mediapress.az "lent.az”a istinadən xəbər verir ki, Yeni Yasamal 2 yaşayış massivində, "Şərur MTK”ya məxsus kompleksin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızı olduğu müəyyən edilib.
 
Hazırda onun hansı səbəbdən həyatına qəsd etməsi araşdırılır.
 
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
 
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Sputnik yayıb. Bildirilib ki, intihar edən qız alt paltarında olub və həmin binada yaşamırmış.