\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Leysan kənd təsərrüfatına hansı ziyanlar vurdu?

Leysan kənd təsərrüfatına hansı ziyanlar vurdu?
1364baxış

Qərb bölgəsinə yağan güclü yağışlar taxıl biçininin gedişatına maneçilik törədib.

Bu sözləri Mediapress.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib. O bildirib ki, yağıntılar biçinə maneçilik törətsə də, taxıl sahələrinə ciddi ziyan vurmayıb:

“Kənd təsərrüfatı idərələrindən aldığımız məlumata görə, leysan yağışlar rayonların kənd təsərrüfatı bitkilərinə heç bir ziyan vurmayıb. Sadəcə, taxıl biçinin gedişatını ləngidib. Əksinə, yağıntılar digər kənd təsərrüfatı bitkiləri, meyvə-tərəvəz və otlaqların inkişafı üçün əlverişli şərait yaradıb. Nəticədə torpaqlarda nəmlik riskinin qarşısı alınıb, hətta ehtiyat nəmlik toplanıb. Yağıntılardan sonra bitkilərin normal inkişafı üçün zəmin yaranıb”.

Qeyd edək ki, bir neçə gün əvvəl ölkənin əksər rayonlarında leysan yağışlar müşahidə olunub.