\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Sabiq prezidentə 8 il həbs cəzası verildi

Sabiq prezidentə 8 il həbs cəzası verildi
1382baxış
Cənubi Koreyanın sabiq prezidenti Pak Kın He 8 il müddətinə azadlıqdan məhrum edilib və partiya fəaliyyətlərinə qadağa qoyulub.
 
O, büdcə vəsaitlərini mənimsəməkdə ittiham edilib.
 
Məhkəmənin qərarına görə, sabiq prezident Cənubi Koreya Milli Kəşfiyyat İdarəsinin büdcəsindən təxminən 3 milyon dolları öz offşor hesablarına yönləndirdiyi üçün 6 il, prezident seçkiləri ərəfəsində namizədliyini qanunsuz yollarla irəli sürdüyü üçün isə 2 il, ümumilikdə 8 il həbs cəzası alıb.
 
Xatırladaq ki, bu ilin aprel ayında Seul məhkəməsi keçmiş prezidentin 24 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar qəbul etmişdi.
 
Qeyd edək ki, Pak Kın He 2017-ci ilin aprelində saxlanılıb, korrupsiya, vəzifəsindən sui-istifadə etmə və hökumət məlumatlarının açıqlanması da daxil olmaqla 18 maddə ilə ittiham olunub. (qaynarinfo)