\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Azərbaycan bayrağını öpən gənc həbs edildi

Azərbaycan bayrağını öpən gənc həbs edildi
1421baxış
Güneyli fəal Camal ‎Musəvinejad həbs edilib.
 
Mediapress.az axar.az-a istinadən xəbər verir ki, İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandırılan güneyli milli fəal Şərqi Azərbaycan ostanının ‎Apellyasiya Məhkəməsinin qərarı ilə bir il həbs cəzasına məhkum olunub.‎
 
C.Musəvinejada qarşı ittihamlar arasında millətçilik, Azərbaycan Respublikasının bayrağını öpmək və ona ehtiram göstərmək, milli düşüncələrə malik olmaq, 1945-ci il hadisələrini dəstəkləmək, Seyid Cəfər Pişəvəriyə ehtiram, sosial şəbəkələrdə milli zəmində fəaliyyət göstərmək və s. var.‎
 
Qeyd edək ki, məhkəmə Camal ‎Musəvinejadın sosial mediadakı fəaliyyətlərinə və ‎şəxsi ‎kompüterində saxlanılan materiallarına, o cümlədən, Azərbaycan bayrağını öpərkən çəkilən ‎bir ‎fotosuna əsaslanaraq həbs qərarı çıxarıb.