\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Terrorçu Talibanla İŞİD qruplaşması bir-birini qırır - Əfqanıstanda

Terrorçu Talibanla İŞİD qruplaşması bir-birini qırır - Əfqanıstanda
1448baxış

Əfqanıstanda vətəndaş müharibəsi yenidən vüsət alıb. Mediapress.az Ria.ru-ya istinadən xəbər verir ki, bu dəfə yerli Taliban və məğlub edilmiş İŞİD qruplaşmaları arasında müharibə başlayıb. İyul ayıda güclənən qarşıdurmada hər iki tərəfdən 100-dən çox terrorist məhv edilib. Məlumatda bildirilir ki, İŞİD tərəfdən əsasən post-sovet məkanının vətəndaşları vuruşurlar və onların arasında çoxlu sayda qadınlar var. Döyüşlər əsasən Əfqanıstanın 4 əyalətində gedir: Cauzcan, Kunar, Sarı pul və Loğman. Sayca üstün olan taliblər İŞİD yaraqlılarını ərazidən çıxarmağa çalışırlar. Onlar da öz növbəsində məscidlərə və kütləvi yas mərasimlərinə terror hücumları təşkil edirlər. Hələlik taliblər 72, İŞİD isə 52 nəfər itki verib.   

Xatırladaq ki, cərəyan edən hadisələrdə Əfqanıstan iqtidarı Taliban hərəkatının tərəfini tutur. Onlar yerli terrorçuların daha sözəbaxan olduğunu bəyan edirlər.