\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Abşeronda intihar edən gənc oğlan işanlı imiş - VİDEO

Abşeronda intihar edən gənc oğlan işanlı imiş - VİDEO
1737baxış
Abşeron rayonunun Xırdalan şəhərində baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
 
Mediapress.az oxu.az-a istinadən məlumatına görə, "Kristal Abşeron" yaşayış kompleksində intihar edən Tural Nağıyev nişanlı olub. 
 
 
Kompleksin sakinləri bildirib ki, hadisə ötən gün 18:00 radələrində baş verib:
 
"1992-ci il təvəllüdlü Tural bu binada kirayədə yaşayırdı. Özünü 8-ci mərtəbədən ataraq intihar edib".
 
Şahidlər qeyd edib ki, mərhum intihar edən zaman qollarında kəsiklər olub.
 
Tural Nağıyevin Tovuz rayon sakini olduğu bildirilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.