\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Artistləri daşıyan avtobus aşıb, 16 nəfər xəsarət alıb

Artistləri daşıyan avtobus aşıb, 16 nəfər xəsarət alıb
1386baxış

Moskva vilayətinin Domodedov rayonunda “A 107” magistral yolla hərəkət edən avtobus aşıb.

apa-nın Rusiya FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam "Belıye Stolbı" yaşayış məntəqəsinin yaxınlığında baş verib.   

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yolun kənarındakı xəndəyə aşıb. “Moskva-İjevsk” marşrutu ilə hərəkət edən avtobusda 27 sərnişin və 2 sürücü olub.

Qəza nəticəsində 16 nəfər xəsarət alıb.  

​Məlumata görə, avtobus xalq mahnı və rəqs ansamblının artistlərini aparırmış.   

Mediapress.az