\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

İki qadını it dişləyib - Qaxda

İki qadını it dişləyib - Qaxda
1418baxış

Bu gün saat 11 radələrində rayonun Əlibəyli kənd sakini 1961-cı il təvəllüdlü Qulo Bakban qızı Cacaşvili sağ ayağın baldır nahiyəsindən, axşam saat 21 radələrində isə rayonun Ləkit Malax kənd sakini, 1995-ci il təvəllüdlü Aytac Zabit qızı Əhmədova sağ ayağın bud nahiyəsindən it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan APA-ya bildirilib ki, Qulo Cacaşvili və Aytac Əhmədova yaşadıqları kəndin ərazisində itin hücumuna məruz qalıblar. Hər iki şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. (apa)

Mediapress.az