\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Otuziki kəndində ağır qəza - İMİŞLİDƏ

Otuziki kəndində ağır qəza - İMİŞLİDƏ
1476baxış

İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Hadisə rayonun Otuziki kəndində qeydə alınıb.

Otuziki kənd sakini, 1995-ci il təvəllüdlü Əzizov Mirxalid Mirqiyas oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin qarşısına motosiklet çıxması nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan İmişli rayon Soltanmuradlı kənd sakini, 1968-cı il təvəllüdlü Əzizli Könül Maqsud qızı, Otuziki kənd sakinləri, 1968-ci il təvəllüdlü Güləliyeva Gültəkin Hacağa qızı, 1972-ci il təvəllüdlü Əzizova Validə Qoçəli qızı ağır xəsarətlər alaraq İmişli rayon xəstəxanasına yerləşdirliblər.   Qəza zamanı sərnişinlərdən biri - Əzizov Qiyas Mirbaba oğlu  hadisə yerində ölüb. Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır. (apa)

Mediapress.az