\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

"Oba" Bərdədə baş verən hadisə ilə bağlı açıqlama verdi - RƏSMİ

"Oba" Bərdədə baş verən hadisə ilə bağlı açıqlama verdi - RƏSMİ
1835baxış

Xəbər verdiyimiz kimi, 01.08.2018-ci il tarixində Bərdə rayonunda yerləşən OBA marketlər şəbəkəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı mağaza adminstratoru 4 bıçaq zərbəsi alıb. Zərərçəkən əməkdaşımız dərhal xəstəxanaya çatdırılıb. Hadisənin baş vermə səbəbi hal-hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Məsələ ilə bağlı "Oba" marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev Mediapress.az-a açıqlama verdi:

"Hadisəni törədən Məmmədov Rahim bir gün öncədən OBA marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək marketdə çalışan Yeganə Məmmədovanın işdən çıxarılmasını tələb edib. Bununla bağlı mağaza administratoru şirkət təlimatlarına uyğun şəkildə Rahim Məmmədova bu məsələlərin qanunvericiliklə tənzimləndiyini, işdən çıxarılmaq üçün heç bir əsas olmadığını izah edib. Eyni zamanda Yeganə Məmmədova Rahim Məmmədovun marketdən çıxmasını, işində ona problem yaratmamasını tələb edib. Rahim Məmmədov bir gün ərzində tələbi yerinə yetirilməyəcəyi təqdirdə problem yaranacağı ilə bağlı təhdid edib. Növbəti gün mağazaya gələn R.Məmmədov mağaza adminstratorunu təhqir edərək ona hücüm çəkib. Qeyd edək ki, şirkətimizə işə qəbul Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aparılır. İşdən azad edilmə qanunvericiliyin tələblərinə əsasən həyata keçirilir. Rahim Məmmədov OBA marketdə çalışan Yeganə Məmmədovanın uzaq qohumudur. OBA Marketlər Şəbəkəsi baş vermiş hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində xəsarət alan əməkdaşımız Ülfət Həsənova şəfa diləyirik."