\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

300 il yaşı olan ağac aşdı, bir nəfər öldü - MASALLIDA FACİƏ - FOTOLAR

300 il yaşı olan ağac aşdı, bir nəfər öldü - MASALLIDA FACİƏ - FOTOLAR
1344baxış

Mediapress.az xəbər verir ki, dünən günorta saatlarında Şüvəlan qəsəbəsindən bir ailə Masallı rayonuna istirahətə gəlib. Maşını saxlayıb istirahət mərkəzlərinin birində çay içiblər. Altında saxladıqları palıd ağacı (300- 400 il yaşı olar) küləksiz havada qəflətən sınıb və ailəyə məxsus avtomobilin üstünə aşıb. Maşın yararsız hala düşüb. İçində heç kim olmasa da, hadisə bədbəxtçiliklə nəticələnib. Belə ki, ağacın bir hissəsi kənarında dayanan ailənin gəlininin üstünə düşüb. Və qadın -

1984-cü il təvəllüdlü Mirzəyeva Sevda Siyavuş qızı keçinib. 

 

Fotolar Əlişir Əhədə aiddir.