\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bulvarda intihar məqsədilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub - YENİLƏNİB

Bulvarda intihar məqsədilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub - YENİLƏNİB
1823baxış

Dənizkənarı Milli Parkda intihar məqsədilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub. 

“Report” xəbər verir ki, bu, Binəqədi rayon sakini, 2000-ci il təvəllüdlü F.Mövlanadır.  

O, Dənizkənarı Milli Parkda yerləşən “Şeytan çarxı” atraksionunun yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib.

Gənc qadın polis və Bulvar İdarəsinin əməkdaşları tərəfindən dənizdən çıxarılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.