\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bakıda toy yasa çevrildi - Faciə

Bakıda toy yasa çevrildi - Faciə
1511baxış

Paytaxtın Xəzər rayonunda yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.

Report xəbər verir ki, 63 yaşlı Hüseynov Əlimirzə Əzizağa oğlu Bilgəh qəsəbəsində keçirilən toy mərasimində rəqs edən zaman halı pisləşərək yerə yıxılıb.

Toya qonaq qismində dəvət olunan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda keçinib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.