\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Müəllimdən şəhidin adını daşıyan məktəbə hədiyyə - EKSKLÜZİV - FOTOLAR

Müəllimdən şəhidin adını daşıyan məktəbə hədiyyə - EKSKLÜZİV - FOTOLAR
1708baxış
Mediapress.az xəbər verir ki, Yardımlı rayonu,  Hamarkənd tam orta məktəbində uzun müddət kimya-biologiya müəllimi işləmiş Zahir Məlikli qürurverici addım atıb. Belə ki, o, şəhid İlqar Şəkərovun adını daşıyan məktəb üçün barelyef hazırlayıb. "Qoy şəhidin xatirəsinin əbədiləşdirilməsində operativ hərəkət etdiyinə görə Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf müəllimə təşəkkür edirəm, həm də şəhidin ailəsinin ən yaxın üzvü Saleh bəyin də adından. Manaf müəllimin adını tez-tez ona görə hallandırıram ki, qoy digər məmurlar da xeyirxah işlər görmək üçün məqam axtarsınlar. Belə işlər yaddan çıxmır və daim xatırlanır", - deyən Zahir müəllim zəhmət tələb edən əl işini məktəbə hədiyyə edib. Xatırladaq ki, Zahir Məlikli müəllim olmaqla yanaşı, həm də heykəltaraşlıq, dekorativ - tətbiqi sənət və rəngkarlıq üzrə beynəlxalq müsabiqələr laureatıdır. 
 
 
Könül AYPARA