\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

“Qaçqınkom”da intihara cəhd edildi - Hadisə yerində Manaf Ağayev də olub

“Qaçqınkom”da intihara cəhd edildi - Hadisə yerində Manaf Ağayev də olub
1238baxış
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd olunub.
 
Mediapress.az BakuPost-a istinadən xəbər verilir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.
 
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.
 
Komitənin mətbuat xidmətindən BakuPost-a bildirilib ki, şikayətçinin probleminin həllinə çalışılır: "Şikayətçinin əslində, mənzili var. Digər mənzili ilə bağlı yaranmış problemin həlli isə komitənin səlahiyyətlərinə aid deyil. Buna baxmayaraq, məsələni sədrimiz Rövşən Rzayev diqqətə götürüb. Vətəndaşımızın narazı qalmaması üçün lazım olan addımlar atılacaq”.
 
Hadisə araşdırılır. Ətraflı məlumat veriləcək.
 
P.S. Əlavə edək ki, hadisə yerində tanınmış müğənni Manaf Ağayev də olub. Hadisənin şahidlərinin bildirdiyinə görə, o, intihar etmək şəxsi fikrindən daşındırmaq üçün çox canfəşanlıq göstərib.