\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bu gün 54 yaşlı xəstəyə FHN əməkdaşları yardım göstərdilər - Qobuda

Bu gün 54 yaşlı xəstəyə FHN əməkdaşları yardım göstərdilər - Qobuda
1361baxış

Mediapress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Qobu qəsəbəsinin sakini 1964-cü il təvəllüdlü Quliyeva Reyhan Məhərrəm qızının səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılmış, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili  çağırış olan əraziyə çata bilməmişdir. Daxil olmuş məlumatla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​