\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Selfiyə görə körpü uçdu - ÇİNDƏ

Selfiyə görə körpü uçdu - ÇİNDƏ
1454baxış

Çinin Xunan əyalətində turistin Duntszyanxu su anbarının mənzərəli yerində selfi etmək cəhdi körpünün uçması ilə nəticələnib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.

Turist körpünün girişini bağladığından tıxac yaranıb və yekunda 10 nəfər suya düşüb, 4-ü isə yüngül xəsarət alıb.

Yerli hakimiyyət dairələri hadisənin səbəblərini araşdırır. İlkin məlumatlara görə, bu, turistin körpünün digər hissələrinə nisbətdə nazik olan qaynaq yerinin üzərində dayanması səbəbindən baş verib.