\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Deputatlar canlı efirdə əlbəyaxa olublar - VİDEO

Deputatlar canlı efirdə əlbəyaxa olublar - VİDEO
1457baxış

Ukrayna Ali Radasının deputatları Sergey Şaxov və İqor Mosiyçuk "Pryamoy" telekanalının efirində dava ediblər. Əvvəlcə Şaxov həmkarının gey-paradda iştirak etdiyini bildirib.

Əvəzində Moseyçuk ondan üzr istəməsini tələb edib. Qarşılıqlı təhqirlərdən sonra deputatlar telekanalın studiyasında bir-birinə yumruq atmağa başlayıblar.

Bununla belə telekanal öz "Facebook" səhifəsində məlumat yayıb ki, deputatlar arasında dava studiyadan çıxdıqdan sonra liftdə davam edib. (report)

Mediapress.az