\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

5,2 maqnituda gücündə zəlzələ baş verib - İTALİYADA

5,2 maqnituda gücündə zəlzələ baş verib - İTALİYADA
1407baxış

Cümə axşamı Mərkəzi İtaliyada 5,2 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanları Molize və qonşu Abrutso vilayətlərinin sakinləri hiss ediblər. Episentrə yaxın yaşayış məntəqələrinin əhalisi küçələrə çıxıb.

Bu, son bir neçə gündə sözügedən vilayətdə baş verən ikinci güclü zəlzələdir. Çərşənbə axşamına keçən gecə Kampobasso əyalətində 4,7 maqnituda gücündə zəlzələ baş verib.