\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Avtobusda yaşlı qadın gənc qızın başına çanta ilə vurdu - VİDEO

Avtobusda yaşlı qadın gənc qızın başına çanta ilə vurdu - VİDEO
1626baxış
Paytaxt avtobuslarının birində növbəti mübahisə dava ilə nəticələnib.
Mediapress.az bizimyol-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında 37 nömrəli marşrut avtobusunda baş verib. Şahidlər bildiriblər ki, avtobusa minən gənc qız öndə olan qadına onu itələməməsini bildirib. Qadın isə "mən səndən qabaqda çıxıram, səni necə itələyə bilərəm?” dedikdən sonra aralarında mübahisə başlayıb. Sonda isə mübahisə böyüyərək davaya çevrilib.
 
Qeyd edək ki, 37 nömrəli marşrut avtobusu Avtovağzaldan İçərişəhər metro stansiyasına kimi hərəkət edir.