\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

"ABŞ vətəndaşı olan Den Bilzeryanın Dağlıq Qarabağa səfəri populizm və klounluqdur" - XİN

"ABŞ vətəndaşı olan Den Bilzeryanın Dağlıq Qarabağa səfəri populizm və klounluqdur" - XİN
1399baxış

Göründüyü kimi populizm nəticə etibarilə müxtəlif formalı klounluğa yol açır".

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryanın Azərbaycanın işğal olunmuş ərazilərə qanunsuz səfərinə münasibət bildirən XİN rəsmisi vurğulayıb ki, bu kimi qeyri-ciddi adamların kloun fəaliyyətini şərh etməyə lüzum yoxdur.

"Onun Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edənlər isə bu kimi klounlarla və qeyri-ciddi işlə məşğul olmaq əvəzinə münaqişənin həll edilməsi və regionda sülhün təmin olunması ilə məşğul olmaları daha faydalı olardı", - deyə H.Hacıyev əlavə edib.

Mediapress.az