\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Ot bağlamalarından başlayan yanğın çətinliklə söndürüldü - Şəmkirdə və Tovuzda

Ot bağlamalarından başlayan yanğın çətinliklə söndürüldü - Şəmkirdə və Tovuzda
1392baxış

Bu gün səhər saatlarında iki yanğın hadisəsinin qarşısı alınmışdır. Mediapress.az FHN-ə  istinadən xəbər verir ki, Şəmkir rayonunun Qapanlı kəndində 20 ton ot bağlamasının 10 tonu yanmış, yüksək temperaturdan yaxınlıqdakı ümumi sahəsi 200 m2 olan istixananın polietilen üzlüyü 25 m2 sahədə ərimişdir. Ot bağlamasının və istixananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Tovuz rayonunun Dönük Qırıqlı kəndində 34 ton ot bağlamasının 20 tonu yanmış, yüksək temperaturdan yaxınlıqdakı talvarın lambirdən ibarət üzlüyü 5 m2 sahədə ərimişdir. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.