\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaq istəyir - Qırğızıstan prezidenti

Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaq istəyir - Qırğızıstan prezidenti
1419baxış

Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TDƏŞ) qoşulmaq niyyətindədir. Mediapress.az Qırğızıstan Teleqraf Agentliyinə (KyrTAG) yönəlik məlumat yayan "Report"a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində bildirib.

"Bugünkü sammitin Türkdilli ölkələrin çoxəsrlik dostluq səviyyəsini daha bir pillə yüksəldəcəyinə və onun yeni səhifəsini açacağına əminəm. TDƏŞ üzv dövlətlərin adından aramızda olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi salamlamaq istəyirəm. Özbəkistanın TDƏŞ-ə üzv dövlət kimi qoşulmaq niyyətini qeyd və dəstəkləmək istəyirəm. Bu addım ittifaqımızın genişləndirilməsi üçün əlverişli şərait yaradacaq, beynəlxalq arenada onun nüfuzunu artıracaq", - Sooronbay Jeenbekov deyib.

Qırğız lideri həmçinin fəxri qonaq kimi sammitdə iştirak edən Macarıstanın Baş naziri Viktor Orbanı salamlayaraq, Macarıstanın bugünkü sammitdə TDƏŞ-də müşahidəçi statusu alacağını söyləyib.