\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Pişik saxlamaq qanunla qadağan olundu! - Yeni Zellandiyada

Pişik saxlamaq qanunla qadağan olundu! - Yeni Zellandiyada
1435baxış

Yeni Zellandiyada qeyri-adi qanun qüvvəyə minmək üzrədir. Ölkənin cənub sahillərində yerləşən Omaui kəndində pişik saxlamaq qadağan olunur. Mediapress.az CNN kanalına istinadən xəbər verir ki, yerli sakinlərə bəslədikləri pişikləri axtalatmaq haqda tapşırıq verilib. Məsələyə aydınlıq gətirən bioliq Əli Mid hazırda həyatda olan pişiklərin təbii ölümlərinə qədər yaşayacaqlarını bildirib. Lakin bu hal baş verdikdən sonra sakinlərin yeni pişik əldə etmələrinin yeni qanunla mümkün olmayacağını qeyd edib. Mütəxəssis pişiklərin quşlara və həşəratlara ziyan vurduqları  üçün bu qanuna ehtiyac duyulduğunu əsaslandırmağa çalışıb. O, hadisələrdə insanların günahkar olduqlarını, pişiklərə düzgün qulluq olunmadığını bildirib. Onun sözlərinə görə, adıçəkilən heyvanlar vaxtında axtalansaydılar və gəzintiyə çıxarılsaydılar, bu cür radikal qanuna ehtiyac qalmazdı.