\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

İlham Əliyevin Qırğızıstana işgüzar səfəri başa çatdı - Birgə Bəyannamə imzalanıb və 5 sənəd qəbul edilib

İlham Əliyevin Qırğızıstana işgüzar səfəri başa çatdı - Birgə Bəyannamə imzalanıb və 5 sənəd qəbul edilib
1440baxış

Mediapress.az Qırğız Respublikası Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ)  VI sammiti işini başa vurub. Sammitin yekununda Birgə Bəyannamə imzalanıb və 5 sənəd qəbul edilib.

Sənədlər bunlardır: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin, baş katib müavininin və Türk Akademiyasının prezidentinin təyin edilməsi barədə qərar; Macarıstana TDƏŞ-də müşahidəçi statusunun verilməsi barədə qərar; Türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyası haqqında Konsepsiyanın layihəsi; Gənclər siyasəti və milli idman növləri sahəsində əməkdaşlığın inkişafı barədə TDƏŞ dövlət başçılarının birgə bəyanatı; Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar TDƏŞ dövlət başçılarının birgə bəyanatı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri bu gün başa çatıb. Çolpon-Ata şəhərinin İssık-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevi Qırğız Respublikasının Baş naziri Muxammetkalıy Abılqaziyev və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev yola salıblar.