\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Haqqani terror qrupunun lideri öldü

Haqqani terror qrupunun lideri öldü
1465baxış
Haqqani terror təşkilatının lideri Cəlaluddin Haqqani vəfat edib.
 
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, terrorçu lider uzun müddət davam edən xəstəlikdən sonra ölüb. Bu barədə Taliban məlumat yayıb. O, Əfqanıstanda dəfn ediləcək.
 
Qeyd edək ki, Haqqani qrupu 1970-ci illərdə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi tərəfindən Sovet qüvvələrinə qarşı mübarizə aparmaq məqsədilə yaradılıb. Təşkilat 2012-ci ildə ABŞ tərəfindən terror qrupu kimi tanınıb.