\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Doğuş zamanı ana ölüb - ZAQATALADA

Doğuş zamanı ana ölüb - ZAQATALADA
1533baxış

Zaqatala rayonunda ana ölümü baş verib.

"Report"un Şimal-qərb şöbəsinin məlumatına görə, rayonun Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı sentyabr ayının 5-i səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.

Körpənin vəziyyəti normaldır. 

Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var.

Mediapress.az