\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Nazir yeni təyin etdiyi şöbə müdirini işdən çıxartdı

Nazir yeni təyin etdiyi şöbə müdirini işdən çıxartdı
1384baxış
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev qurumun audit şöbəsinin müdiri Fərid İslamovu vəzifəsindən kənarlaşdırıb.
 
Mediapress.az unikal.org-a istinadən xəbər verir ki, nazir Muxtar Babayev bununla bağlı əmr imzalayıb.
 
Qeyd edək ki, bu ilin iyul ayında nazirin müvafiq əmrinə əsasən nazirlikdə yeni - Audit şöbəsi yaradılıb və Fərid İslamov şöbə müdiri təyin olunmuşdu.
 
Xatıradaq ki, bundan əvvəl Fərid İslamov Muxtar Babayevin deputat olduğu dövürdə köməkçisi olub.