\
14 Oktyabr 2024 - Bazar ertəsi

“British Airways” şirkəti müştərilərindən üzr istəyib

“British Airways” şirkəti müştərilərindən üzr istəyib
1598baxış

Britaniyanın “British Airways” aviaşirkətinə internet üzərindən edilən hücumlar nəticəsində müştərilərin məlumatları və bank hesabları təhlükə altına düşüb.

Şirkətin icraçı direktoru Aleks Kruz bildirib ki, avqustun 21-dən sentyabrın 5-dək bilet alan sərnişinlərin şəxsi və kart məlumatları oğurlanıb.

Müştərilərdən üzr istəyən icraçı direktor bütün zərərin ödəniləcəyini deyib.

Mediapress.az