\
14 Oktyabr 2024 - Bazar ertəsi

Azərbaycanlı bacılar millət vəkili seçildilər

Azərbaycanlı bacılar millət vəkili seçildilər
1481baxış
Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian Sosial-Demokrat Partiyasından İsveç parlamentinə, bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz Partiyasından əyalət millət vəkili seçiliblər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə axar.az-a diaspor üzrə araşdırmaçı-jurnaslist Elnur Eltürk məlumat verib.
 
26 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir.
 
Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.