\
14 Oktyabr 2024 - Bazar ertəsi

Seymur Nəsirov Misirin BC televiziya kanalına geniş müsahibə verib - FOTOLAR

Seymur Nəsirov Misirin BC televiziya kanalına geniş müsahibə verib - FOTOLAR
1126baxış

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyin sədri tədqiqatçı-  alim Seymur Nəsirov, Misirin BC televiziya kanalına geniş müsahibə verib.

Mediapress.az xəbər verir ki, Diaspora sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, Koroğlu dastanında keçən Misri qılıncdan və Azərbaycanda çoxlu sayda ərəb mənşəli kəndlərin olması hətta Misir adında azərbaycanlıların olmasından da bəhs etmişdir və bu məlumat qarşı tərəfin marağına səbəb olmuşdur. Bu gün Misirlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən S.Nəsirov hazırda dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb.

Daha sonra S.Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını da qeyd edib.

S. Nəsirov Azərbaycanın turizm potensiyalından geniş söhbət açarkən, son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini də bildirmişdir. 

Daha sonra diaspora sədri Misir Ərəb Respublikasının “Hivar” (Dialoq) Siyasi Araşdırmalar və Mediya mərkəzində səfirliyimizin əməkdaşı Emil Rəhimovun müəllifi olduğu “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” başlıqlı kitabın təqdimatı ilə bağlı keçirilən simpoziumda çıxış edərək, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrdən söhbət açmışdır .

Qeyd edək ki, S.Nəsirov hal-hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000 dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250 dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifidir, çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunmuşdur. Qahirə Universitetində Azərbaycan dilini tədris edir.

Könül Aypara