\
14 Oktyabr 2024 - Bazar ertəsi

Polislərin tutduğu şəxs bölməyə çatmamış öldü - Kürdəmirdə

Polislərin tutduğu şəxs bölməyə çatmamış öldü - Kürdəmirdə
1077baxış

Dünən Kürdəmir rayonunda polis tərəfindən saxlanılan şəxs qəfil vəfat edib.

Rayon ərazisində bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə gələn post-patrul xidmətinin əməkdaşları davada iştirak edən Kürdəmir şəhər sakini, 1961-ci il təvəllüdlü Elşən İbişovu saxlayaraq rayon polis şöbəsinə gətiriblər. “Fiat Doblo” markalı post-patrul maşını şöbənin qarşısına çatanda E.İbişov maşından düşürülüb və bir neçə addım atandan sonra o yıxılaraq ölüb. E.İbişovun ölüm səbəbinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib. Araşdırma aparılır.(publika)

Mediapress.az