\
14 Oktyabr 2024 - Bazar ertəsi

Vyetnamın prezidenti vəfat edib

Vyetnamın prezidenti vəfat edib
1417baxış

Mediapress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vyetnamın prezidenti Çan Day Kuanq dünyasını dəyişib.

61 yaşlı Çan Day Kuanq 2016-cı ildən ölkə prezidenti idi. O, 1976-cı ildə qurulan Vyetnam Sosialist Respublikasının sayca 8-ci dövlət başçısı olub. Fəlsəfə və hüquq elmləri doktorudur.