\
14 Oktyabr 2024 - Bazar ertəsi

İran prezidenti hərbi paraddan uzaqlaşdırıldı! TERAKTDAN GÖRÜNTÜLƏR - YENİLƏNİB - VİDEO

İran prezidenti hərbi paraddan uzaqlaşdırıldı! TERAKTDAN GÖRÜNTÜLƏR - YENİLƏNİB - VİDEO
1462baxış

Xəbər verdiyimiz kimi, İranın cənubunda keçirilən hərbi paradda terakt baş verib.

Bu barədə Press TV nəlumat yayıb.

İnsident nəticəsində bir neçə nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, bundan öncə İran Hörmüz boğazında hərbi təlimə başlamışdı.

***

İran mətbuatı hücumun ərəblərin üstünlük təşkil etdiyi Əhvaz şəhərində baş verdiyini bildirib.

 

İnsidentin bir neçə nəfər tərəfindən törədildiyi ortaya çıxıb. Bu şəxslər paradda iştirak edən hərbçilərə atəş açaraq qaçıb.

Hazırda hüquq mühafizə orqanları tərəfindən axtarışlar aparılır.

***

Hazırda ölkə paytaxtında hərbi paradda iştirak edən prezidenti Həsən Ruhani teraktdan sonra ərazidən uzaqlaşdırılıb.

İnsident nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan birinin Xuzestan əyalətinin SEPAH komandiri olduğu bildirilib.

Həmçinin yaralılar arasında uşaq və qadının olduğu da qeyd olunub. (axar)

Mediapress.az