\
14 Oktyabr 2024 - Bazar ertəsi

Nazirdən yeni təyinat - Rektor oğlunun yerinə o gəldi (FOTO)

Nazirdən yeni təyinat - Rektor oğlunun yerinə o gəldi (FOTO)
1711baxış
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
 
Mediapress.az unikal.org-a istinadən xəbər verir ki, nazir Ceyhun Bayramovun göstərişi ilə sözügedən bu vəzifə müvəqqəti olaraq təhsil nazirinin müşaviri Həsən Həsənliyə tapşırılıb. 
 
Qeyd edək ki, ötən günə qədər Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev idi. O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirin müşaviri təyin edilib.
 
Onu da qeyd edək ki, Samir Vəliyev Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğldur.