\
14 Oktyabr 2024 - Bazar ertəsi

İndoneziyadakı təbii fəlakətin nəticəsi

İndoneziyadakı təbii fəlakətin nəticəsi
1389baxış
Ötən gün İndoneziyanın Palu şəhəri, Sulavesi adası sahillərində baş verən 7,5 bal gücündə zəlzələdən sonra ölü sayı artmağa davam edir.
 
Mediapress.az BBC-yə istinadən xəbər verir ki, güclü təkandan sonra Sulavesi adasında hündürlüyü 2 metrə çatan sunami qeydə alınıb. 50 nəfərin öldüyü artıq təsdiqlənib, yaralıların olduğu bildirilir. Təbii fəlakət qurbanlarının sayının artması ehtimal edilir. 
 
300 min nəfərin yaşadığı Paluda xilasetmə tədbirləri start götürüb, lakin rəsmilər əlaqə vasitələrinin kəsildiyini, əməliyyatın çətinliklə aparıldığını açıqlayıb. 
 
Qeyd edək ki, ötən gün İndoneziyada bir neçə güclü təkan müşahidə edilmişdi.