\
14 Oktyabr 2024 - Bazar ertəsi

Maşında intim münasibət zamanı bədbəxt hadisə - Tanınmış şəxs öldü

Maşında intim münasibət zamanı bədbəxt hadisə - Tanınmış şəxs öldü
1468baxış
Heç vaxt məşq etməmişəm, amma yatağımda məşqçi qadınlar çox olub.
 
Bu sözlərin müəllifi, tanınmış playboy cinsi əlaqə zamanı ölüb.
 
 
İtaliyanın tanınmış playboy-u, minlərlə qadınla yatan Maurizio Zanfanti intim münasibət zamanı dünyasını dəyişib.
 
63 yaşlı Maurizio 23 yaşlı turistlə maşında cinsi əlaqəyə girərkən ürəktutmasından ölüb.
 
"Romeo of Rimini" adı ilə tanınan playboy bu vaxta qədər təxminən 6000 qadınla yatıb.
 
Rumınyalı turist maşında cinsi əlaqə zamanı özünü itirən Maurizionu xilas etməyə çalışsa da, o ölüb.
 
Hadisə yerinə gələn həkimlər bildirib ki, o, ürəktutmasından vəfat edib.
 
Qeyd edək ki, özünü "gecələrin kralı" kimi təqdim edən Maurizio 2014-cü ildə "Bild" nəşrinə müsahibəsi zamanı "Heç vaxt məşq etməmişəm, amma yatağımda məşqçi qadınlar çox olub", - sözlərini demişdi.  (Milli.Az)