\
14 Oktyabr 2024 - Bazar ertəsi

Binəqədidə yanğın

Binəqədidə yanğın
1462baxış

Binəqədi rayonunda yanğın baş verib.

FHN-dən KİV-ə verilən məlumata görə, doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mediapress.az