\
14 Oktyabr 2024 - Bazar ertəsi

Əhmədovun Bilgəhdəki villası - təkcə həyət 24 milyona… - VİDEO

Əhmədovun Bilgəhdəki villası - təkcə həyət 24 milyona… - VİDEO
1492baxış

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun Bakının Bilgəh qəsəbəsində, dəniz sahilində yerləşən iqamətgahının ərazisindəki qalmaqallı bağının görüntüləri yayılıb.

Görüntülər italiyan dilində danışan bir şəxs tərəfindən lentə alınıb. Bağın böyüklüyü və orada yaradılan yaşıllıq videoda əks olunub.

Xatırladaq ki, bir müddətdir İtaliyanın yaşıllaşdırma-landşaft işləri görən "Paghera” şirkəti ilə F.Əhmədovun Bakıdakı nümayəndələri arasında qalmaqal yaranıb.

Şirkət biznesmenin Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahının 6 hektarlıq ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alıb. Lakin 9 milyon avroya yaxın pul ödəniləndən sonra işlərin bir qisminin keyfiyyətsiz görüldüyu, yaxud yarımçıq qaldığı müəyyən olunub. Nəticədə biznesmen italyanlarla əməkdaşlığı dayandırıb.

Əhmədovun hüquqi nümayəndəsi və italyanlarla müqavilədə sifarişçi tərəf qismində çıxış edən Nail Şahverdiyev (Baku Caspian Real Estate Limited MMC-nin direktoru) onların barəsində Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edib. (axar)